azturkxeber.az
http://azturkxeber.az

Makron İsrailə getmək istədi, Netanyahu icazə vermədi

04-09-2025

İsrailin Baş naziri Benyamin Netanyahu Parisin Fələstin dövlətini tanıması ərəfəsində Fransa Prezidenti Emmanuel Makronun İsrailə səfər etmək istəyini rədd edib.

Azturkxeber.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə İsrailin milli telekanalı “Kan” məlumat yayıb.

Məlumata görə, Makron İsrailə qısamüddətli səfər etmək istəyib, lakin Netanyahu səfəri Fransanın Fələstin dövlətini tanımaqdan imtina etməsi ilə şərtləndirib. Makron isə onun bu tələbi ilə razılaşmayıb.

Qeyd edək ki, daha öncə Fransa rəhbəri sentyabrda BMT Baş Assambleyasının sessiyasında ölkəsinin Fələstini rəsmən tanıyacağını bəyan etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930