azturkxeber.az
http://azturkxeber.az

İdman Jurnalistləri “Səhər İdmanı”na Qoşuldu Sağlam Həyata Çağırış

04-09-2025

Sentyabrın 4-də idman jurnalistləri Gənclər və İdman Nazirliyinin “Səhər idmanı” təşəbbüsünə qoşularaq idman edərək sağlam həyat tərzinə çağırış ediblər. Dədə Qorqud parkında toplaşan media nümayəndələri günə gimnastika ilə başlayıblar.

Onlarla birlikdə Gənclər və İdman Nazirliyinin əməkdaşları, “İdman səfirləri”, idman veteranları və gənclər də səhər idmanına qoşulublar.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi paytaxt sakinlərinin sağlam həyat tərzinə marağını artırmaq üçün bu günlərdə yeni bir təşəbbüsə start verib. Nazirliyin “Sağlam həyat” layihəsi çərçivəsində Zabitlər, Mərkəzi və Dədə Qorqud parklarında həftəiçi altı gün, səhər saat 7-dən 8-dək səhər məşqləri keçirilir. Məqsəd idmanın hər bir insan üçün həyat tərzinə çevrilməsi və hər kəsin günə gümrah başlamasıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930