azturkxeber.az
http://azturkxeber.az

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələrini nəşr edib

04-09-2025

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələrini nəşr edib

DİM-dən bildirilib ki, 8-ci nömrədə 2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, müsabiqə nəticəsində ixtisasların həm ödənişli əsaslarla olan yerləri, həm də dövlət sifarişli yerləri üzrə formalaşmış keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.

Nəşrin 9-cu nömrəsində 2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının tam orta (11 illik) təhsil bazasinda orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə müsabiqə nəticəsində alınmış minimal keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalların elektron versiyasını (PDF formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930