BMU və “Azercell”in təşkilatçılığı ilə “CyberCell Hackathon”u keçiriləcək
Bakı Mühəndislik Universiteti (BMU) və “Azercell”in birgə təşkilatçılığı ilə tələbələr üçün “CyberCell” hakatonu keçiriləcək.
Bu barədə BMU-dan məlumat verilib.
Kibertəhlükəsizlik və süni intellekt mövzularını əhatə edəcək yarışma bu ilin oktyabrın 18-19-da BMU-da təşkil olunacaq.
Hakatona BMU ilə yanaşı, digər universitetlərin tələbələri də qoşula bilər.
Yarışmada iştirak edəcək komandaların tərkibi maksimum 3 nəfərdən ibarət olmalıdır.
Komandalar link vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Qaliblərə pul mükafatları veriləcək (birinci yer-4000 AZN, ikinci yer-3000 AZN, üçüncü yer -2000 AZN)
Gözlənilən biliklər:
- “Red Team” əməliyyatları haqqında anlayış (hücum simulyasiyası, istismar, səlahiyyətlərin artırılması, şəbəkədaxili hərəkət);
“Blue Team” əməliyyatları haqqında anlayış (jurnalların izlənməsi, anomaliyaların aşkarlanması, insidentlərin cavablandırılması və azaldılması strategiyaları);
Penetrasiya test metodologiyaları, zəifliklərin qiymətləndirilməsi və təhdidlərin “Cyber Kill Chain” və ya MITRE ATT&CK kimi çərçivələrlə xəritələndirilməsi ilə tanışlıq;
-Jurnalları, insidentləri və təhdid məlumatlarını təhlil edərək hücum nümunələrini müəyyənləşdirmək və müdafiə strategiyalarını simulyasiya etmək bacarığı.