azturkxeber.az
http://azturkxeber.az

Aqrar Sığorta Fondu yanğın hadisələri üzrə fermerlərə 29 min manat ödəniş edib

04-09-2025

Aqrar Sığorta Fondu yanğın hadisələri üzrə fermerlərə 29 min manat ödəniş edib

Aqrar Sığorta Fondunun fəaliyyət göstərdiyi 2020-2024-cü illər ərzində yanğın riski üzrə fermerlərə təxminən 29 min manatlıq sığorta ödənişi həyata keçirilib.

Fonddan verilən məlumata görə, 2020-2024-cü illərdə 16 rayondan olan sığortalı fermerlər tərəfindən yanğın hadisəsi üzrə 21 müraciət daxil olub. Aqrar Sığorta Fondu tərəfindən bu müraciətlərin araşdırılması zamanı 16 hadisə üzrə əkin sahəsinə zərər dəydiyi müayyən edilib.

Sığorta ödənişləri hesablandıqda bəzi sahələr üzrə dəymiş zərərlərin azadolma məbləğindən daha az olduğu dəqiqləşib. Nəticədə azadolma məbləğləri çıxılmaqla fermerlərə 28 min 762 manat sığorta ödənişi edilib.

Yanğına görə ən çox sığorta ödənişləri Ağcabədi, Qusar, Biləsuvar, Şabran, Neftçala, Ağsu və İsmayıllı rayonlarında həyata keçirilib.

Xatırladaq ki, Azərbaycanda dövlət dəstəyi ilə uğurla təqdim olunan aqrar sığorta mexanizmi təsərrüfatları və əkin sahələrini bütün əsas risklərdən qoruyur. Aqrar Sığorta Fondunun əhatə etdiyi risklərin sırasına dolu, fırtına-qasırğa, sel-subasma, şaxtavurma, normadan artıq qar yağıntıları, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkəti və sair aiddir.

Aqrar sığorta tərəfindən təminata götürülən risklərdən biri də yanğın hadisələridir.

Fermerlərə dəstək məqsədilə aqrar sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir, nəticədə fermerlər cüzi ödəniş etməklə təsərrüfatlarını sığorta edə bilirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930