azturkxeber.az
http://azturkxeber.az

5 sentyabr – 5 oktyabr: BDYPİ “Diqqət, uşaqlar!” şüarı altında profilaktik ay elan etdi

04-09-2025

Hörmətli yol hərəkəti iştirakçıları!

Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq 2025-ci il sentyabrın 5-dən oktyabrın 5-dək respublikamızda ənənəvi “Diqqət, uşaqlar!” şüarı altında yol hərəkəti təhlükəsizliyi ayı keçiriləcəkdir.

Bu tədbirin əsas məqsədi – bütün yol hərəkəti iştirakçılarının diqqət və məsuliyyətini artırmaq, xüsusilə uşaqların və yeniyetmələrin həyatının qorunmasına nail olmaq, onların yol qəzalarının qurbanına çevrilməsinin qarşısını almaqdır.

Baş Dövlət Yol Polisi İdarəsi valideynlərə və böyüklərə müraciət edərək bildirir ki, uşaqların təhlükəsizliyi ilk növbədə onların məsuliyyətli davranışından asılıdır.

Eyni zamanda sürücülərə xüsusi olaraq xatırladırıq:

- Təhsil müəssisələrinin, uşaq bağçalarının və yaşayış məhəllələrinin yaxınlığında hərəkət edərkən sürəti minimuma endirin;

- Piyadalara, xüsusilə də uşaqlara keçidlərdə mütləq yol verin;

- Yol nişanlarına, işıqforların siqnallarına və nişanlanma xətlərinə ciddi əməl edin;

- Manevr zamanı daha diqqətli olun, dayanma-durma qaydalarını pozmayın.

Unutmayaq ki, qaydalara əməl etməklə biz yalnız özümüzü deyil, ətrafımızdakı insanları da həyatlnl qoruya bilirik. Ən başlıcası isə – uşaqlarımızın təhlükəsizliyini təmin edirik.

Baş Dövlət Yol Polisi İdarəsi bütün yol hərəkəti iştirakçılarını əl-ələ verərək uşaqların təhlükəsizliyini qorumağa, yol qəzalarının qarşısını almağa dəvət edir.

Uşaqları qoruyaq – gələcəyimizi qoruyaq!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930