azturkxeber.az
http://azturkxeber.az

Müstəqil aqrar sığorta eksperti sertifikatı almaq istəyənlər üçün imtahanlara qeydiyyat başlayıb

03-09-2025

Azərbaycanda Aqrar Sığorta Fondu tərəfindən uğurla tətbiq edilən aqrar sığorta mexanizminin ehtiyaclarını qarşılamaq məqsədilə müstəqil aqrar sığorta ekspertlərinin hazırlanması prosesi davam edir.

Qanunvericiliyə əsasən müvafiq ixtisaslara malik olan şəxslər Aqrar Sığorta Fondunda keçirilən təlimlərdə iştirak edərək Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahana qatılmalıdırlar. İmtahanı uğurla başa vuran namizədlər aqrar sığorta eksperti sertifikatı alır, onların adları Azərbaycan Mərkəzi Bankının reyestrinə daxil edilir.

Müstəqil aqrar sığorta eksperti sertifikatı almaq istəyən namizədlər üçün keçirilən növbəti test imtahanına qeydiyyat başlayıb.

Qeydiyyat prosesi 1 sentyabr saat 12:00-dan 15 sentyabr saat 18:00-dək davam edəcək. İmtahan 29 sentyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov, 50) kompüter vasitəsilə elektron formada keçiriləcək.

Namizədlər DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı, “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak ödənişlidir. Şəxi kabineti olmayan namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin hesabına imtahanda iştirak üçün tələb olunan pul vəsaitini əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş, lakin imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

İmtahan Aqrar Sığorta Fondu tərəfindən təşkil olunmuş təlim proqramına dair açıq və qapalı tipli test tapşırıqlarını əhatə edir. Toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. 36 və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər və onlara aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatının müvafiq növü verilir.

İmtahana Aqrar Sığorta Fondunun təlimlərində iştirak etmiş istənilən namizəd qatıla bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930