azturkxeber.az
http://azturkxeber.az

UEFA Gənclər Liqasının püşkü atılıb, “Sabah” Fransa klubu ilə qarşılaşacaq

02-09-2025

UEFA Gənclər Liqasının püşkü atılıb, “Sabah” Fransa klubu ilə qarşılaşacaq

UEFA Gənclər Liqasının 2025/2026-cı illər mövsümünün püşkü atılıb.

Son Azərbaycan çempionu “Sabah” liqada mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. Komanda bu mərhələdə Fransanın “Nant” klubu ilə qarşılaşacaq.

“Sabah” ilk matçını səfərdə keçirəcək. Bu mərhələnin ilk oyunlarının oktyabrın 22-də, cavab görüşlərinin isə noyabrın 5-də keçirilməsi nəzərdə tutulub.

“Nant” - “Sabah” cütünün qalibi üçüncü təsnifat mərhələsində “Austria” (Vyana, Avstriya) - “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930