azturkxeber.az
http://azturkxeber.az

Uşaqlarda həddindən artıq oyun mənfi nəticələrlə bağlıdır - ARAŞDIRMA

02-09-2025

Uşaqlarda həddindən artıq oyun mənfi nəticələrlə bağlıdır - ARAŞDIRMA

Honq-konqlu tədqiqatçılar məktəblilər arasında apardıqları araşdırmada müəyyən ediblər ki, uzun müddət fasiləsiz oyun oynamaq (binqe) uşaqlarda sosial, akademik və psixoloji problemlərlə əlaqəlidir. “PLOS One” jurnalında dərc olunan araşdırmada 5 ibtidai və 4 orta məktəbdən ümumilikdə 2 592 şagird iştirak edib (1 404 oğlan və 1 188 qız, orta yaş 12 olub).

Sorğu nəticələrinə görə, ümumilikdə şagirdlərin 31,7 faizi binqe oynayır. Bu göstərici oğlanlarda 38,3 faiz, qızlarda isə 24 faiz olub. Oğlanlar daha az yuxu problemi bildirsələr də, qızlarla müqayisədə daha çox stress və psixi simptomlar müşahidə olunub. Həm oğlan, həm də qız binqe oyunçular arasında depressiya, narahatlıq, stres və pis yuxu keyfiyyəti daha yüksək səviyyədə qeydə alınıb. Qızlarda əlavə olaraq tənhalıq, sosial dəstəyin azlığı və təhsildə özünəinamın aşağı olması müşahidə edilib.

Mütəxəssislər bildirirlər ki, binqe məktəbli uşaqlar üçün potensial risk faktoru hesab edilə bilər. Onların fikrincə, profilaktik tədbirlər çərçivəsində uzunmüddətli fasiləsiz oyun vərdişlərinə diqqət yetirilməli, erkən müdaxilə üsulları və psixososial dəstək proqramları hazırlanmalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930