Qütb işıqları ABŞ-ın 18 ştatında səmanı işıqlandıracaq
Geomaqnit qasırğası səbəbindən yaranan qütb işıqlarının ABŞ-ın bir sıra bölgələrində səmanı işıqlandırması gözlənilir.
Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnozları Mərkəzinin yaydığı məlumata əsasən, ABŞ-ın 18 ştatında kosmosda fırtınadan sonra şəfəq adlanan “işıq şousu" baş verəcək. Montana, Şimali Dakota, Minnesota, Vaşinqton, Cənubi Dakota, Miçiqan, Men, Vermont, Nyu-Hempşir, Aydaho, Alyaska, Oreqon, Nyu-York, İllinoys, Nebraska, Ayova, Vayominq və Viskonsin kimi ştatlarda insanlar şimal işıqlarını görə biləcəklər.
Qütb işıqları “aurora borealis” adlanır. Əsasən qış gecələrində səmada müxtəlif rənglərdə görünən bu işıqlar Günəş küləyinin Yerin maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində əmələ gəlir.