azturkxeber.az
http://azturkxeber.az

Media: İsveç klubları qeyri-ağdərili qonaqların sayını azaltmaq üçün musiqini dəyişir

02-09-2025

Media: İsveç klubları qeyri-ağdərili qonaqların sayını azaltmaq üçün musiqini dəyişir

Stokholmda bir neçə klub və restoran artıq hip-hop, RnB və afrobits janrında musiqi səsləndirmir.

Mühafizəçilərin və əyləncə sənayesi işçilərinin sözlərinə görə, bu addım “ağdərili olmayan” qonaqların sayını azaltmaq məqsədi güdür.

Paytaxt klublarından birinin mühafizəçisi bildirib ki, bəzi məkanlarda içəridə “başqa mənşəli” qonaqların sayı çoxaldıqda belə üsula əl atılır.

Klub sahəsində 20 ildən çox təcrübəsi olan musiqi jurnalisti Həsən Ramiç isə iddia edir ki, rasizm İsveç gecə həyatının daim bir hissəsi olub. Onun sözlərinə görə, klublar hip-hopa yalnız “kifayət qədər ağdərili” tamaşaçı olduğu müddətcə üstünlük verir, sonra isə formatı dəyişirlər.

Eyni zamanda restoran biznesinin bəzi nümayəndələri belə bir praktikanın mövcudluğunu inkar edir və İsveçdə cəmiyyətlə yanaşı, klub mədəniyyətində də sağlam müxtəlifliyin olduğunu qeyd edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930