azturkxeber.az
http://azturkxeber.az

Şəkidə evə basqın edən maskalı şəxslər tutulublar

02-09-2025

Şəki rayonunun Kiçik Dəhnə kəndində gecə saatlarında mənzillərdən birinə daxil olan maskalı şəxslər ev sahibinin əl-qolunu bağlayaraq kəsici alətlə ona hədə-qorxu gəlib pulunu ələ keçiriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı Anar Sadıqov və tanışı 47 yaşlı Tural Əsədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930