azturkxeber.az
http://azturkxeber.az

BDYPİ-dən velosiped idarə edənlərə müraciət

02-09-2025

BDYPİ-dən velosiped idarə edənlərə müraciət

Ölkəmizdə sağlam həyat tərzinin təşviqi və ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi kimi velosipeddən istifadənin artması sevindirici haldır. Lakin unudulmamalıdır ki, velosipedçilər də yol hərəkətinin bərabərhüquqlu iştirakçılarıdır və müəyyən olunmuş qaydalara əməl etməyə borcludurlar.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) velosiped idarə edənlərə müraciətində bildirlib.

“Son vaxtlar müşahidələr göstərir ki, bəzi velosipedçilərin yol hərəkəti qaydalarını pozması nəticəsində xoşagəlməz hadisələr baş verir, bu isə onların xəsarət alması, bəzən isə həyatlarını itirməsi ilə nəticələnir. Xatırladırıq ki, velosiped sürərkən əlləri sükandan çəkərək telefonla danışmaq yolverilməzdir. İstiqaməti dəyişərkən və ya yolayrıcında dönərkən qəfil manevrlərə yol verilməməli, digər hərəkət iştirakçıları əvvəlcədən əl işarəsi ilə xəbərdar edilməlidir. Bundan başqa, xüsusi velosiped zolaqları olan yerlərdə yalnız həmin zolaqlardan, digər hallarda isə yolun sağ kənarından istifadə olunması vacibdir. Unutmayın ki, yol hərəkəti qaydalarına riayət etmək həyatınızı qorumağın ən etibarlı yoludur”, - deyə müraciətdə vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930