azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın Baş prokuroru Türkiyədə hüquq sahəsində əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı müzakirələr aparıb

02-09-2025

Sentyabrın 1-də Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “2025-2026 yeni ədliyyə ili açılış tədbiri”ndə iştirak etmək üçün Türkiyənin Ankara şəhərinə işgüzar səfər edib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, öncə nümayəndə heyəti Ankarada Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkı ziyarət edərək, abidəsi önünə əklil qoyub və Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib.

Rəsmi tədbirdə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Ali Məhkəmənin sədri Ömər Kərkəz, Baş prokuror Muhsin Şəntürk, ədliyyə naziri Yılmaz Tunç, həmçinin çoxsaylı hakim və prokurorlar, eləcə də digər xarici qonaqlar iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən vitse-prezident Cevdet Yılmaz məhkəmə və prokurorluq orqanlarının ədalət mühakiməsinin təmin edilməsində xüsusi rolunu vurğulayaraq, yeni ədliyyə ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, eyni zamanda, Baş prokuror Kamran Əliyevi və Ali Məhkəmənin sədri İnam Kərimovu salamlayaraq, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu və qarşılıqlı əlaqələrin daim inkişaf etdiyini diqqətə çatdırıb.

Vitse-prezidenti Cevdet Yılmaz heyət rəhbərlərini qəbul edərək, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, xüsusilə hüquq-mühafizə əməkdaşlığında əldə olunan nailiyyətlərin davamlı xarakter daşıdığını, dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə siyasi iradəsi ilə münasibətlərin ən yüksək – müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib.

Səfər çərçivəsində Kamran Əliyev Türkiyənin Baş prokuroru Muhsin Şəntürk, Ali Məhkəmənin sədri Ömər Kərkəz, ədliyyə naziri Yılmaz Tunç və başqa xarici həmkarları ilə görüşlər keçirib.

Görüşlərdə hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər üzrə səmərəli fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930