azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində də əlaqələr daim genişlənir

02-09-2025

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazla görüşüb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Nazirliklə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 12-ci iclasında iştirak etmək üçün Ankarada səfərdədir.

Nümayəndə heyəti Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla yad edib. Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı - Anıtqəbir də ziyarət edilərək önünə əklil qoyulub. Nümayəndə heyəti Anıtqəbir muzeyi ilə tanış olub və nazir muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Səfər çərçivəsində Anar Əliyev Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazla görüşüb.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı hörmət və etimada əsaslanan qardaşlıq münasibətləri və fəal siyasi dialoq nəticəsində iki ölkənin münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə çatdığı vurğulanıb.

Əmək və sosial müdafiə sahəsində də əlaqələrin daim gücləndirildiyi, təcrübə və məlumat mübadilələrinin əhəmiyyəti qeyd edilib. Hər iki ölkədə aparılan uğurlu sosial islahatlardan bəhs olunub. İki Nazirliyin Birgə Daimi Komissiyasının əmək və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafı üçün məqsədyönlü işlər apardığı bildirilib

Komissiyanın növbəti iclasının bu istiqamətdə əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub, sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930