Azərbaycan klublarının minifutbol üzrə Çempionlar Liqasındakı rəqibləri müəyyənləşib
Azərbaycan klublarının minifutbol üzrə Çempionlar Liqasındakı rəqibləri müəyyənləşib.
17-21 sentyabr tarixlərində Bolqarıstanın Sofiya şəhərində keçiriləcək yarışda ölkəmizi “Birbaşa Bakı”, “Zirə” və “Aznur” komandaları təmsil edəcək.
Çempionlar Liqasının son qalibi “Birbaşa Bakı” F qrupunda “Red Star” (Serbiya), “Portu” (Portuqaliya) və "Rımniku Vılça" (Rumınya) komandaları ilə mübarizə aparacaq. Ölkə çempionatının gümüş mükafatçısı “Zirə” isə C qrupunda "Red Meat Afula" (İsrail), "MF 22 Jakmart" (Slovakiya) və "Budapeşt" (Macarıstan) kollektivləri ilə yarışacaq.
Çempionlar Liqasındakı daha bir təmsilçimiz “Aznur” G qrupunda "Kayrat" (Qazaxıstan), "Oviedo" (İspaniya) və "Hoverla Zak Praqa" (Çexiya) ilə qarşılaşacaq.