azturkxeber.az
http://azturkxeber.az

Avqust ayında zəhərlənənlərin statistikası açıqlanıb

02-09-2025

Avqust ayında zəhərlənənlərin statistikası açıqlanıb

Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 94 nəfər qəbul edilib.

Bu barədə KTM-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 30 nəfər dərmandan, 37-si sirkə turşusundan, 5-i həlledici məhluldan zəhərlənən şəxslərdir. Həmçinin 13 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm zəhərlənməsi səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 2-si qadın, 2-si kişi olmaqla, 4-ü dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu zəhərlənmələrindən qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930