azturkxeber.az
http://azturkxeber.az

Kamçatkadakı Klyuçevskaya Sopka vulkanı zəlzələdən sonra püskürüb

31-07-2025

Kamçatkada baş verən zəlzələdən sonra Klyuçevskaya Sopka vulkanı püskürməyə başlayıb.

Ötən həftə mütəxəssislər aktivliyin artması ilə əlaqədar Avaçinski, eləcə də Bezımyannı, Şiveluç, Klyuçevskoy, Karımskiy vulkanlarını ziyarət etməməyi tövsiyə ediblər.

Klyuçevskaya Sopka və ya Klyuçevskoy Avrasiyanın ən yüksək aktiv vulkanıdır. Hündürlüyü təxminən 4700 metrdir.

Bundan əvvəl Kamçatkada 1952-ci ildən bəri ən güclü zəlzələ baş vermiş, maqnitudası müxtəlif hesablamalara görə 8,7-yə çatıb.

ABŞ Geoloji Xidməti Kamçatkadakı zəlzələnin 1900-cü ildən bəri dünyada başverən ən güclü 10 zəlzələdən biri olduğunu bildirdi.

Kamçatkada başverən zəlzələ müxtəlif ölkələrdə sunami xəbərdarlığı dalğasına səbəb olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031