azturkxeber.az
http://azturkxeber.az

ABŞ-ın bir sıra ştatlarında sunami xəbərdarlığı edilib

30-07-2025

ABŞ-ın bir sıra ştatlarında sunami xəbərdarlığı edilib

Rusiyanın Şərqində baş vermiş güclü zəlzələdən sonra ABŞ-ın Alyaska ştatında, Havay adalarında və ölkənin qərb sahillərində sunami xəbərdarlığı edilib.

ABŞ Geoloji Xidmətinin açıqlamasına əsasən, 8,7 bal gücündə zəlzələ Rusiyanın Kamçatka yarımadasından 140 km uzaqlıqda 19 km dərinlikdə qeydə alınıb.

Zəlzələdən sonra Alyaskanın Aleut adaları və Havay adaları üçün sunami xəbərdarlığı elan edilib. Kaliforniya, Oreqon və Vaşinqton ştatları da sunami ilə bağlı xəbərdarlıq altındadır. Milli Hava Xidməti ərazidə yaşayan əhalini xəbərdarlıq verildiyi təqdirdə təxliyəyə hazırlaşmağa və hava xəbərdarlığına əməl etməyə çağırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031