azturkxeber.az
http://azturkxeber.az

Alyaska yarımadasında güclü zəlzələ olub, sunami xəbərdarlığı edilib

17-07-2025

Alyaska yarımadasında güclü zəlzələ olub, sunami xəbərdarlığı edilib

ABŞ-də Alyaska yarımadasında 7,1 bal gücündə zəlzələ baş verib.

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələ Sand Point şəhərindən 87 km cənubda 10 km dərinlikdə qeydə alınıb.

ABŞ Sunami Xəbərdarlıq Sistemi zəlzələdən sonra Alyaskanın bəzi hissələri üçün sunami xəbərdarlığı edib.

Milli Meteoroloji Xidmətin məlumatına görə, xəbərdarlığın qüvvədə olduğu zonalarda yaşayan sakinlərdən daxili ərazilərə və ya daha yüksək yerə təxliyə olunmaq və ya çoxmərtəbəli binanın yuxarı mərtəbəsinə köçmək çağırışı edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031