azturkxeber.az
http://azturkxeber.az

Mütəxəssis: Son bir ayda motosiklet, moped və skuter qəzaları nəticəsində xəsarət alan 48 nəfər həkimə müraciət edib

30-07-2025

Son bir ayda motosiklet, moped və skuter qəzaları ilə əlaqədar 48 nəfər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət edib. Skuter qəzaları ilə bağlı instituta gətirilən şəxslərdən 12-nin vəziyyəti ağır olub və onlar dərhal əməliyyat ediliblər. Həmin şəxslərdə çoxsaylı sınıqlar və travmatik yaralanmalar müşahidə olunub. Digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Bunu Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabındakı canlı yayım zamanı Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi İlham Şıxbabayev deyib.

O bildirib ki, skuter və skeytbord sürən şəxslərin təhlükəsizlik qaydalarına əməl etmələri çox vacibdir. Çünki bu vasitələr düzgün istifadə olunmadıqda ciddi xəsarətlərə səbəb ola bilər. “Təhlükəsizlik qaydalarına əməl etmək, düzgün qoruyucu vasitələrdən istifadə etmək zəruridir. Qoruyucu vasitələrə dəbilqə, dirsək, diz və bilək qoruyucuları, əlcəklər aiddir. Eyni zamanda, geyimlər rahat olmalı, hərəkət etməyə imkan yaratmalıdır. Qapalı və rezin altlıqlı idman ayaqqabılarına üstünlük vermək tövsiyə olunur. Həmçinin belə vasitələrdən istifadə zamanı yıxılan şəxslərə ümumi qaydalara uyğun yerində ilkin tibbi yardım göstərilməli, ciddi travma alıblarsa, mütləq təcili yardım çağırılmalıdır”, - deyə travmatoloq-ortoped vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031