Agentlik iyun ayı üçün diplomların tanınması üzrə statistikanı açıqlayıb
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) iyun ayı üçün tanınma üzrə statistik məlumatları açıqlayıb.
Agentlikdən bildirilib ki, iyun ayı üzrə 613 müraciətçinin 567-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 46 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Mənfi qərarla yekunlaşan müraciətlərə misal olaraq 16 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb edilən normativdən az olması, 6 dövlət nümunəli olmayan diplom, 5 təhsilalma forması, 4 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması və əhəmiyyətli fərq (kredit sayı), 3 akkreditə olunmamış ali təhsil müəssisəsini (təhsil dövrünün bir hissəsinə münasibətdə) qeyd etmək olar. Həmçinin 3 kollec diplomu ilə bakalavriat uyğunsuzluğu, 2 ekvivalenti olmayan ixtisas, 2 akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə, 2 akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması, 1 əhəmiyyətli fərq (kredit sayı), 1 ixtisas uyğunsuzluğu, 1 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması və ixtisas uyğunsuzluğunu göstərmək mümkündür.
Ölkələr üzrə Türkiyədən 155, Rusiyadan 152, Ukraynadan 144, Belarusdan 27, Birləşmiş Krallıqdan 27, Gürcüstandan 23, Polşadan 9, Amerika Birləşmiş Ştatlarından 8, İtaliyadan 6, Almaniyadan 5, Çin, İran, Macarıstan, Qazaxıstan və Qırğızıstandan hər birindən 4, İsveçdən 3, Litvadan 3, Avstriya, Belçika, Əlcəzair, Fransa, Norveç, Səudiyyə Ərəbistanı Krallığı, Yaponiya və Latviyadan hər birindən 2, həmçinin Estoniya, Hindistan, İndoneziya, İraq, İsveçrə, Mozambik, Niderland, Nigeriya Federativ Respublikası, Portuqaliya, Qambiya, Rumıniya, Somali, Şri-Lanka, Sudan və Tacikistandan hər birindən isə 1 müraciət qeydə alınıb.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 139, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 31, biznesin idarə edilməsi üzrə 28, menecment üzrə 26, tibb üzrə 26 müraciət qeydə alınıb.