azturkxeber.az
http://azturkxeber.az

İtaliyada Qərbi Nil virusuna yoluxanların sayı 28-ə çatıb

26-07-2025

İtaliyada Qərbi Nil virusuna yoluxanların sayı 28-ə çatıb

İtaliyada Qərbi Nil virusuna yoluxanların sayı 28 nəfərə yüksəlib.

Latsio regionunda 7 yeni yoluxma faktı qeydə alınıb. Bu, əsasən son bir həftədə baş verib. Onlardan 2-si paytaxt Roma yaxınlığında, Anzio və Nettuno bölgələrində qeydə alınıb.

Spallanzani İnstitutunun məlumatına görə, hazırda 11 xəstə adi palatalarda müalicə alır, ikisi isə reanimasiyadadır.

İlin əvvəlindən İtaliyada virusa 32 yoluxma faktı qeydə alınıb. 2024-cü ildə isə 460 yoluxma faktı və 20 ölüm olub.

Ağcaqanadların yoluxdurduğu xəstəliyə tutulanların təxminən 80 faizində heç bir əlamət olmadığı halda, 20 faizində hərarət, halsızlıq, ürəkbulanma, qusma, başağrısı, əzələ ağrısı kimi simptomlar müşahidə edilir. Qərbi Nil virusuna yoluxma faktlarına daha çox Afrika, Avropa, Yaxın Şərq, Şimali Amerika və Qərbi Asiyada rast gəlinir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031