azturkxeber.az
http://azturkxeber.az

İtaliyada Qərbi Nil virusuna yoluxma halları artmaqdadır

10-08-2025

İtaliyada Qərbi Nil virusuna yoluxma halları artmaqdadır

İtaliyada Qərbi Nil virusuna yoluxma halları artır.

Ötən gün daha iki nəfər virusa yoluxub. Onların hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri stabildir.

İlin əvvəlindən ölkədə 170-dən çox insan bu virusa yoluxub, 16 nəfər ölüb. 2024-cü ildə isə bu virusa 460 yoluxma və 20 ölüm olub.

Ağcaqanadların yoluxdurduğu xəstəliyə tutulanların təxminən 80 faizində heç bir əlamət olmadığı halda, 20 faizində hərarət, halsızlıq, ürəkbulanma, qusma, başağrısı, əzələ ağrısı kimi simptomlar müşahidə edilir. Qərbi Nil virusuna yoluxma faktlarına daha çox Afrika, Avropa, Yaxın Şərq, Şimali Amerika və Qərbi Asiyada rast gəlinir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031