Rus bölməsi üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbulu üçün məktəb və müəllim seçiminə başlanılıb
İyulun 24-də Bakı və Gəncə şəhərlərindəki ümumtəhsil müəssisələrində rus bölməsi məktəbəhazırlıq qrupları üzrə prioritetlə seçim sərbəst qaydada seçimlə əvəz olunub.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, seçim prosesi “mektebeqebul.edu.az” portalı vasitəsilə aparılır.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti üzrə alternativ qeydiyyat mərkəzlərinə, agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə və “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.