azturkxeber.az
http://azturkxeber.az

Agentlik: Ümumilikdə 55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

28-07-2025

Agentlik: Ümumilikdə 55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

İyunun 21-dən start verilən 2025-2026-cı tədris ili üzrə uşaqların məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesi davam edir. Hazırda ölkə üzrə bütün ümumi təhsil müəssisələrində Azərbaycan və digər bölmələr üzrə məktəb və müəllim seçimi aparılır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, bu günə qədər ümumilikdə 55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib.

Məktəbəhazırlıq təhsilinə cəlb olunmuş uşaqlar ibtidai təhsilə daha sağlam adaptasiya olur və akademik nailiyyətlərdə üstünlük qazanırlar. Bu mərhələ onların əqli, fiziki, sosial-emosional və nitq bacarıqlarının sistemli şəkildə inkişafına şərait yaradır.

“Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2025-2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər”, - deyə agentliyin məlumatında qeyd olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031