azturkxeber.az
http://azturkxeber.az

Magistraturaya plan yeri 79.81 faiz dolub

24-07-2025

Magistraturaya plan yeri 79.81 faiz dolub

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15555 bakalavrdan 13446 nəfəri magistraturaya qəbul olub.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qəbul olanlardan 5798 nəfəri dövlət sifarişi, 7648 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq. 9790 nəfər ali təhsil müəssisələrinin cari, 3656 nəfər isə əvvəlki illərin məzunudur.

Nəticələrə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 16848 plan yerinin 79.81 faizi dolub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031