azturkxeber.az
http://azturkxeber.az

Qonaq olduğu evdən 12 minlik qızıl oğurlayan şəxs saxlanılıb

18-07-2025

Masallı rayonu ərazisində yerləşən evlərin birindən 12 min manat dəyərindən qızıl-zinət əşyaları və hesabında 710 manat olan bank kartının oğurlanması barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, araşdırmalarla pul və zinət əşyalarının həmin evdə qonaq olmuş şəxs tərəfindən oğurlanması müəyyən edilib.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı Fərman Babayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031