azturkxeber.az
http://azturkxeber.az

Bakı, Sumqayıt, Hacıqabul, Ucar və Kürdəmirdə yaşıllıqların qanunsuz kəsilməsi halları aşkarlanıb

18-07-2025

Bakı, Sumqayıt, Hacıqabul, Ucar və Kürdəmirdə yaşıllıqların qanunsuz kəsilməsi halları aşkarlanıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri, Hacıqabul, Ucar və Kürdəmir rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

Xidmətdən verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi 82 ünvanında, Xətai rayonu Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində, Sumqayıt şəhəri Mirzə Ələkbər Sabir küçəsi 28 ünvanında, Hacıqabul rayonu Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 82-ci kilometrliyində, Ucar rayonu Şahlıq kəndi və Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində ağac və kolların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara ümumilikdə 191 min 700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031