azturkxeber.az
http://azturkxeber.az

Bakı, Gəncə və Abşeronda ağac və kolların qanunsuz kəsilməsi halları aşkarlanıb

25-07-2025

Bakı, Gəncə və Abşeronda ağac və kolların qanunsuz kəsilməsi halları aşkarlanıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Gəncə şəhərləri və Abşeron rayonunun inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

Xidmətdən verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri Nəsimi rayonu Mərdanov qardaşları küçəsində, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bəşir Bünyadov küçəsində, Xətai rayonu Rahib Məmmədov küçəsində, Nərimanov rayonu Ağa Nemətulla, Hacı Məmməd və Faiq Yusifov küçələrinin kəsişməsində, eyni zamanda, Nərimanov rayonu Dərnəgül qəsəbəsində, Gəncə şəhəri Həsən Əliyev və Pərviz Səmədov küçələrinin kəsişməsində, həmçinin Gəncə şəhəri Fikrət Əmirov adına parkın ərazisində, Abşeron rayonu Bakı-Sumqayıt avtomobil yolunun 14-cü kilometrliyində və Xırdalan şəhəri Hacı ZeynalabdinTağıyev küçəsində ağac və kolların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara ümumilikdə 225 min 740 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031