azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan avarçəkəni Avropa çempionatında bürünc medal qazanıb

07-07-2025

Azərbaycan avarçəkəni Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan təmsilçisi Tatyana Smilovenko Rumıniyanın Piteşti şəhərində keçirilən gənclər və 23 yaşa qədər avarçəkənlər arasında kayak və kanoe üzrə Avropa çempionatında bürünc medal qazanıb.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından (AKAF) verilən məlumata görə, idmançı kanoe qayığında mübarizə aparıb.

O, təsnifat və yarımfinal mərhələsində 500 metr məsafədə 1 nəfərlik qayıqda uğurlu çıxış edərək A finalına yüksəlib. Finalda finiş xəttini üçüncü keçən T. Smilovenko fəxri kürsünün üçüncü pilləsinə qalxıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031