azturkxeber.az
http://azturkxeber.az

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

04-07-2025

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) təşkilatçılığı əsasında avarçəkmə üzrə açıq Bakı çempionatı keçiriləcək.

AKAF-dan verilən məlumata görə, yeniyetmə və gənc idmançıların iştirakı ilə təşkil olunacaq yarışda Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən iştirak edəcək.

Reqlamentə əsasən, açıq Bakı çempionatında idmançılar akademik avarçəkmə və 1 nəfərlik kanoe qayığında 500 metr məsafə üzrə mübarizə aparacaqlar. Avarçəkənlər 500 metr məsafədə həm 1 nəfərlik, həm də 2 nəfərlik kanoe qayığında da çempionluq uğrunda yarışacaqlar.

Qeyd edək ki, Bakı çempionatı iyulun 11-də təşkil olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031