azturkxeber.az
http://azturkxeber.az

Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan birinciliyi keçiriləcək

10-03-2025

Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan birinciliyi keçiriləcək


Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmə üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından bildiriblər ki, turnirdə 2007-2012-ci il təvəllüdlü 100-dən çox idmançı müxtəlif yaş kateqoriyalarında akademik, kayak və kanoe növlərində mübarizə aparacaqlar. İdmançılar akademik növdə 1, 2 və 4 nəfərlik qayıqlarda 500, 1000 və 1500 metr, 1 nəfərlik kanoedə 200, 500 və 1000 metr, 1, 2 və 4 nəfərlik kayakda 200, 500 və 1000 metr məsafədə medal qazanmağa çalışacaqlar.

Qeyd edək ki, ilk dəfə olaraq ölkədaxili turnirlərdə 4 nəfərlik kayak qayığında yarışlar keçiriləcək.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə martın 16-17-də təşkil olunacaq birincilikdə qaliblər diplom və medallarla mükafatlandırılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31