azturkxeber.az
http://azturkxeber.az

Dövlət Xidmətinin qurumların informasiya resurslarında aşkarladığı təhlükəsizlik boşluqları artıb

03-07-2025

Dövlət Xidmətinin qurumların informasiya resurslarında aşkarladığı təhlükəsizlik boşluqları artıb

Bu ilin ilk yarısında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) apardığı audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 902 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.

Azturkxeber.az XRİTDX-in Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin hesabatına istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Təkcə iyun ayında 211 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 5,5 faiz daha çoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031