Milli Məclisin Regional məsələlər komitəsində vətəndaşların növbəti qəbulu keçirilmişdir.
24 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov tərəfindən Milli Məclisin Aparatında vətəndaşların qəbulu üzrə cədvələ əsasən qəbul keçirilmiş və vətəndaşların müraciətlərinə baxılmışdır.
Qəbulda müraciət edənlər şəhid ailələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, gənclər və digər kateqoriyadan olan vətəndaşlar olmuşlar.
Qəbul zamanı Siyavuş Novruzov şəhid ailələrinin qayğıları ilə maraqlanıb, şücaətli, cəsur və vətənpərvər övlad yetişdirdikləri üçün şəhidlərimizin valideynlərinə dərin minnətdarlığını ifadə edib, eyni zamanda vətəndaşların problemlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.
Qəbulda vətəndaşların müraciətləri əsasən qəbul, yerli özünüidarəetmə və bələdiyyələr, sosial müdafiə məsələləri, işlə təmin olunma, maliyyə, torpaq və sair məişət məsələləri haqqında olmuşdur.
Müraciətlərin bir çoxunun icrası operativ qaydada təmin edilmiş, bir qismi baxılması üçün aidiyyəti orqanlara göndərilmiş, qanunvericiliyin tələblərinə uyğun olmayan müraciətlərlə bağlı isə izahat verilmişdir.