Milli Məclisin komitə sədri Siyavuş Novruzov Şərur rayonunda vətəndaş qəbulu keçirib
02 sentyabr 2025-ci il tarixində 2 saylı Şərur-Kəngərli Seçki Dairəsinin deputatı Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının inzibati binasında vətəndaş qəbulu keçirib.
Qəbulda müraciət edənlər şəhid ailələri, müharibə veteranları, qazilər, rayonun ağsaqqalları, rayon və kənd sakinləri olmuşlar.
Qəbul zamanı Siyavuş Novruzov şəhid ailələrinin və qazilərin qayğıları ilə maraqlanıb, şücaətli, cəsur və vətənpərvər övlad yetişdirdikləri üçün şəhidlərimizin valideynlərinə dərin minnətdarlığını ifadə edib, eyni zamanda vətəndaşların problemlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.
Qəbulda vətəndaşların müraciətləri əsasən qəbul, şəhid övladlarına verilən müavinətın artırılması, şəhidlərin yaxın qohumlarının təhsil haqqından azad edilməsi, yerli özünüidarəetmə və bələdiyyələr, sosial müdafiə məsələləri, işlə təmin olunma, maliyyə, kənd təsərrüfatı, torpaq və sair məişət məsələləri haqqında olmuşdur.
Müraciətlərin bir çoxunun icrası operativ qaydada təmin edilmiş, bir qismi baxılması üçün aidiyyəti orqanlara göndərilmiş, qanunvericiliyin tələblərinə uyğun olmayan müraciətlərlə bağlı isə izahat verilmişdir.