azturkxeber.az
http://azturkxeber.az

İlin beş ayında pensiya ödənişlərinə 2 milyard 954 milyon manat vəsait yönəldilib

14-06-2025

İlin beş ayında pensiya ödənişlərinə 2 milyard 954 milyon manat vəsait yönəldilib

Bu ilin beş ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (261 milyon manat) çox olmaqla 2 milyard 954 milyon manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, həmçinin fevralın 1-dən minimum pensiya 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb.

Yanvar-may aylarında 21 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 159 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30