azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Qış İdmanı Növləri Federasiyası Beynəlxalq Xizək və Snoubord Federasiyasına üzv qəbul edilib 14.06.2025 [13:32] Çap et A+ A- Bakı, 14 iyun, AZƏRTAC İyunun 13-də Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) Konqresində keçirilən səs

14-06-2025

1 / 2

İyunun 13-də Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) Konqresində keçirilən səsvermədə Azərbaycan Qış İdmanı Növləri Federasiyasının FIS-ə tam üzvlüyü qəbul edilib.

Bu barədə Azərbaycan Qış İdmanı Növləri Federasiyasından məlumat verilib.

Azərbaycan Qış İdmanı Növləri Federasiyası tərəfindən 2026-cı ildə Moqul üzrə Dünya Kubokunun final mərhələsinin Azərbaycanda keçirilməsi ilə bağlı FIS-ə ünvanladığı müraciət müsbət qarşılanıb.

Əldə olunan nəticəyə əsasən FIS tərəfindən yarışın "Şahdağ" Turizm Mərkəzində keçirilməsinə dair qərar qəbul edilib və yarış beynəlxalq federasiyanın yarış təqviminə salınıb.

Dünya Kubokunun 2026-cı ilin martın 14-15-də "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30