Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
DİN-in mətbuat xidmətindən bildirilib ki, iyunun 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng və 334 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: