azturkxeber.az
http://azturkxeber.az

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 40 kiloqrama yaxın narkotik vasitə götürülüb

28-06-2025

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 40 kiloqrama yaxın narkotik vasitə götürülüb

İyunun 27-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən gün ümumi çəkisi 39,5 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş 17,6 tona yaxın çəkidə 43568 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də DİN-in əməkdaşları tərəfindən əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

İyunun 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 3 tapança, 8 qumbara, 5 alışdırıcı, 10 tüfəng, 17 patron darağı və 654 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30