azturkxeber.az
http://azturkxeber.az

"ASAN Məktub" sosial proqramı uşaqların arzularını növbəti dəfə gerçəkləşdirib.

02-06-2025

“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ağstafa və Salyan regionlarında yaşayan uşaqlara hədiyyələr təqdim olunub.

Bu təşəbbüs çərçivəsində Ağstafadan 57 və Salyandan 27 olmaqla, ümumilikdə 84 uşağın arzusu gerçəkləşdirilib. Uşaqlara məktəb ləvazimatları, geyim, oyuncaqlar və digər hədiyyələr təqdim olunub.

“ASAN Məktub” sosial proqramı 2015-ci ildən etibarən 3–14 yaş arası sosial qayğıya ehtiyacı olan uşaqların arzu və istəklərini gerçəkləşdirmək məqsədilə fəaliyyət göstərir. Bu günədək "ASAN Məktub" sosial proqramı çərçivəsində 10.000-dən çox uşağın arzusu reallaşdırılıb.

Xatırladaq ki, proqram çərçivəsində uşaqların yazdığı məktublar www.asanmektub.az saytına yerləşdirilir və xeyirxah insanlar tərəfindən öhdəliyə götürülür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30