azturkxeber.az
http://azturkxeber.az

İdeya inkubasiya proqramı başa çatıb

01-06-2025



ADA Universiteti Fondu və onun uzunmüdətli tərəfdaşlarından olan “Azercell Telekom” MMC-nin birgə təşkilatçılığı ilə həyata keçirilən “İdeya İnkubasiyası Proqramı” uğurla yekunlaşıb. Gənc startapçıların innovativ ideyalarının inkişafına dəstək verməyi hədəfləyən proqram iki il ərzində davamlı şəkildə həyata keçirilib, universitet və sənayeni bir araya gətirib.

Proqramın final mərhələsi mayın 30-u ADA Universitetində baş tutub. Tədbir zamanı altı startap komandası inkubasiya dövrü ərzində hazırladıqları layihələri münsiflər heyəti qarşısında təqdim edib və canlı demo nümayişləri keçiriblər. Komandaların çıxışları müxtəlif sahələri təmsil edən münsiflər tərəfindən qiymətləndirilib. “Azercell Telekom” şirkətindən də nümayəndələr münsif heyətinə qoşularaq startapçılarla öz rəy və tövsiyələrini bölüşüblər.

Yekunda qalib komanda 3500 manat məbləğində pul mükafatı ilə təltif olunub. Bununla yanaşı, fərqlənən layihələr “Azercell” tərəfindən dəyərləndirilib və seçilən iştirakçılara şirkətdə təcrübə proqramına qatılmaq və ya iş imkanları təklif olunub.

Qeyd edək ki, proqram çərçivəsində seçilmiş komandalar son aylar ərzində texnologiya, data elmləri və biznes innovasiyaları sahələrində fəaliyyət göstərərək təcrübəli mentorların dəstəyi ilə ideyalarını inkişaf etdirmək imkanı əldə ediblər. İştirakçılar “Startap təfəkkürünün formalaşdırılması”, “İnformasiya Texnologiyaları layihələrinin idarəetməsi”, “Uğurlu təqdimatların hazırlanması” kimi mövzularında keçirilən intensiv təlimlərdə iştirak ediblər.

Sözügedən proqram ADA Universiteti və “Azercell Telekom”un ölkəmizdə innovasiya və sahibkarlıq ruhunun inkişafına töhfə vermək səylərini əks etdirməklə yanaşı, gənclərin texnologiya və startap sahəsində peşəkar biliklərə yiyələnməsinə geniş imkanlar yaradır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30