Azərbaycan Dövlət Neft və Sənaye Universitetində maarifləndirici tədbir keçirilib
Nəsimi rayonunda yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində maarifləndirici tədbir keçirilib.
Azturkxeber.az xəbər verir ki, tədbirdə iştirak edən Nəsimi Rayon Polis İdarəsinin rəisi polis polkovniki Vüqar Ağayev narkomanlıq və onun yaratdığı təhlükələrdən, həmçinin dini radikalizmin zərərli təsirlərindən danışıb, kibertalamalarla mübarizə üsulları barədə məlumatlar verib, bu istiqamətlərdə görülən qətiyyətli mübarizə tədbirlərindən bəhs edib. Tədbir zamanı neqativ halların aradan qaldırılması üçün vətəndaş məsuliyyətinin gücləndirilməsinin əhəmiyyəti də vurğulanıb.
Sonda tələbələrin mövzularla bağlı sualları cavablandırılıb.