azturkxeber.az
http://azturkxeber.az

“Dini radikalizmin mənəvi və sosial nəticələri” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

14-04-2026

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə “Dini radikalizmin mənəvi və sosial nəticələri” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Bu barədə Azturkxeber.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edənlər dini radikalizmin cəmiyyət üçün yaratdığı təhlükələrdən, onun milli-mənəvi dəyərlərə, ictimai sabitliyə və sosial rifaha mənfi təsirlərindən bəhs etmişlər.

Çıxışlarda radikal ideologiyaların gənclərin dünyagörüşünə mənfi təsir göstərərək onları yanlış istiqamətlərə yönəltdiyi, ailə institutuna və ictimai münasibətlər sisteminə ciddi zərər vurduğu xüsusi qeyd olunmuşdur.

Bildirilmişdir ki, dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkədə dini sabitliyin qorunması, sağlam dini mühitin formalaşdırılması, radikalizmin qarşısının alınması istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur və bu sahədə maarifləndirmə tədbirlərinin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Dini radikalizmə qarşı mübarizədə əsas amillərdən biri düzgün dini biliklərin təşviqi, milli-mənəvi dəyərlərin qorunması, gənclərin sağlam ruhda tərbiyə olunmasıdır və hüquq-mühafizə orqanları ilə yanaşı, aidiyyəti dövlət qurumlarının, təhsil müəssisələrinin, ictimai təşkilatların birgə fəaliyyəti bu istiqamətdə mühüm rol oynayır.

Tədbir çərçivəsində iştirakçıların sualları cavablandırılmış, mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930