azturkxeber.az
http://azturkxeber.az

“Dini radikalizmin fəsadları və ona qarşı mübarizə” mövzusunda tədbir keçirilmişdir

28-07-2025

Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə birgə “Dini radikalizmin fəsadları və ona qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi və din xadiminin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra tədbirin keçirilməsinin əsas məqsədi barədə danışılmış, şəxsi heyətə dini radikalizmin mahiyyəti izah edilmiş, onun milli təhlükəsizliyə və ictimai sabitliyə törətdiyi təhlükələr diqqətə çatdırılmış, eləcə də gənc hərbi qulluqçular arasında radikal təsirlərə qarşı maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyi vurğulanmışdır.

Çıxış edənlər vətənpərvərliyin, milli-mənəvi dəyərlərə sədaqətin, xalqa, dövlətə və Müzəffər Ali Baş Komandana bağlılıq prinsiplərinin Dövlət Sərhəd Xidmətində əsas prioritet olduğunu bildirmişlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi çıxış edərək dini radikalizmin yaranma səbəbləri, xarici təsirlər və bu meyillərə qarşı aparılan dövlət siyasəti barədə geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, Azərbaycan dünyəvi və tolerant dəyərləri ilə tanınan bir ölkədir və ölkəmizdə din dövlətdən ayrı olsa da, dinə, dini dəyərlərə yüksək hörmət göstərilir. Lakin bəzi xarici dairələr bu həssas sahədən sui-istifadə edərək radikal düşüncələri yaymağa çalışır və xüsusilə gəncləri hədəf seçirlər. Radikal ideologiyaların yayılması yalnız dini deyil, həm də ictimai sabitliyi pozmağa yönəlmiş təhlükəli tendensiyalardır, onlara qarşı həm hüquqi, həm də mənəvi mübarizə vacibdir.

Yerli din xadimi dini radikalizmin İslam dini ilə heç bir əlaqəsinin olmadığını vurğulamış, əsl İslamın dinc, ədalətli və mərhəmətli bir din olmaqla, zorakılığı, nifrəti və cəmiyyətə qarşı çıxmağı qəti şəkildə rədd etdiyini qeyd etmişdir. İlahiyyatçı eyni zamanda gəncləri düzgün dini biliklərə yiyələnməyə, etibarlı mənbələrdən məlumat almağa və dini fanatizmə qarşı ayıq-sayıq olmağa çağırmışdır.

Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılmış, şəxsi heyəti maraqlandıran suallar cavablandırılmışdır.

[media=https://www.dsx.gov.az/news/1967]






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031