Bu gün kişi voleybolçular arasında Yüksək Liqada finalçılar bəlli ola bilər
Bu gün kişi voleybolçular arasında Yüksək Liqada finalçılar bəlli ola bilər.
Yarımfinal mərhələsinin cavab oyunlarında “Xilasedici” – “Azərreyl” və “Neftçi” – “Murov Az Terminal” görüşləri keçiriləcək.
Matçlar müvafiq olaraq, saat 15:00 və 17:00-da başlayacaq. Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.
Yüksək Liqa (kişilər)
İkinci oyunlar
18 aprel
15:00. “Xilasedici” - “Azərreyl”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi
İlk oyun – 0:3
17:00. “Neftçi” - “Murov Az Terminal”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi
İlk oyun – 0:3
Qeyd edək ki, bu mərhələ iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), finala vəsiqənin sahibi “Qızıl set”də müəyyənləşəcək.