azturkxeber.az
http://azturkxeber.az

Yüksək Liqa: “Murov Az Terminal” və “Azərreyl” yarımfinala qələbə ilə başlayıb

16-04-2025


Kişi voleybolçuların Yüksək Liqasında pley-off mərhələsinə start verilib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan yarımfinal çərçivəsində ilk olaraq meydana “Murov Az Terminal” və “Neftçi” klubları çıxıblar. Bu oyunda birincilər 3:0 hesabı ilə qalib gəliblər.

Növbəti qarşılaşma isə “Azərreyl" və “Xilasedici” komandaları arasında olub. Bu oyunda da 3:0 hesabı qeydə alınıb. Görüşün qalibi “dəmiryolçular" olub.

Bu komandalar arasında ikinci oyun aprelin 18-də keçiriləcək. Reqlamentə əsasən, yarımfinal mərhələsi iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), finala vəsiqənin sahibi "Qızıl set"də müəyyənləşəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930