azturkxeber.az
http://azturkxeber.az

Ruanda Belçika ilə diplomatik əlaqələri kəsib

18-03-2025

Ruanda Belçika ilə diplomatik əlaqələri kəsib


Ruanda hökuməti martın 17-də Belçika ilə diplomatik əlaqələri kəsib və bütün belçikalı diplomatların 48 saat ərzində ölkəni tərk etməsini tələb edib.

Bu barədə Ruanda Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Qeyd olunur ki, bu qərar Belçikanın yeni müstəmləkəçilik xülyalarını qorumaq cəhdləri və Ruandanı zəiflətmək siyasətini davam etdirməsi ilə bağlı aparılmış dərin təhlildən sonra qəbul edilib. İki ölkə arasındakı münasibətlər həm Konqo Demokratik Respublikası ilə davam edən münaqişədən əvvəl, həm də münaqişə zamanı gərginləşib.

Belçika hökuməti Ruandanın diplomatik əlaqələri kəsmək qərarını "proporsional olmayan addım" adlandıraraq təəssüf hissi keçirdiyini bildirib. Bundan əlavə, Belçika hökuməti ölkədəki ruandalı diplomatları "arzuolunmaz şəxs" elan edəcəyini açıqlayıb.

Qeyd edək ki, daha əvvəl Konqo Demokratik Respublikası Ruandanı ölkədəki üsyançı "M23" qrupunu dəstəkləməkdə ittiham etmiş, Belçika isə bu ittihamları dəstəkləmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31