Ali təhsil pilləsi üzrə ixtisasların təsnifatı təsdiq edilib.
azturkxeber.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin Qərarını imzalayıb. Qərara əsasən, “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”, “Ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə ixtisasların Təsnifatı”, “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların Təsnifatı”, “Ali təhsilin rezidentura səviyyəsi üzrə ixtisasların Təsnifatı” təsdiq edilib.
Qərara əsasən, ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatı təhsil ixtisasları qrupunu, humanitar və sosial ixtisaslar qrupunu, mədəniyyət ixtisasları qrupunu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupunu, təbiət ixtisasları qrupunu, texniki və texnoloji ixtisaslar qrupunu, kənd təsərrüfatı ixtisasları qrupunu, idman və xidmət ixtisasları qrupunu, səhiyyə ixtisasları qrupunu, xüsusi təyinatlı ixtisaslar qrupunu əhatə edir.
Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisaslarının təsnifatı təhsil ixtisasları qrupunu, humanitar və sosial ixtisaslar qrupunu, mədəniyyət ixtisasları qrupunu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupunu, təbiət ixtisasları qrupunu, texniki və texnoloji ixtisaslar qrupunu, kənd təsərrüfatı ixtisasları qrupunu, idman və xidmət ixtisasları qrupunu, səhiyyə ixtisasları qrupunu, xüsusi təyinatlı ixtisaslar qrupunu əhatə edir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Ombudsmanın İnsan Hüquq və azadlıqlarının daha effektiv təmini üzrə illik təklifləri
Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı dinlənilib
Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilib
Milli Məclisin iclasında 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri üçüncü oxunuşda qəbul edilib