azturkxeber.az
http://azturkxeber.az

Roma Papası: Yer kürəsini tərksilah etməliyik

18-03-2025

Roma Papası: Yer kürəsini tərksilah etməliyik


Müharibə absurddur, gəlin Yer kürəsini tərksilah edək.

Bunu İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk deyib.

Xəstəxanada müalicəsi davam edən pontifik sülh və tərksilah çağırışını yeniləyib: “Biz sözləri, zehni və Yer kürəsini tərksilah etməliyik. Müharibə yalnız icmaları və ətraf mühiti məhv edir. Münaqişələrin həlli yollarını təklif etmədən diplomatiyanın və beynəlxalq təşkilatların yeni həyat və etibarlılığa ehtiyacı var”.

Müqəddəs Taxt-Tacın mətbuat xidməti Roma Papasının səhhətinin yaxşılaşmağa davam etdiyini açıqlayıb.

Xatırladaq ki, fevralın 14-dən etibarən Romadakı “Gemelli” xəstəxanasına yerləşdirilən 88 yaşlı Fransiskə polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulmuşdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31